Birləşdirilmiş informasiya sistemi (birləşdirilmiş məlumat lenti, tiker)

Consolidated tape Milli və regional fond birjalarında, NASDAQ və İnstitusional Şəbəkə Korporasiyası sistemində bağlanmış əqdlər üzrə qiymətli kağızın simvolunu, əqdin həcmini, son əqdin qiymətini və əqdin gəldiyi birja haqqında məlumatları əks etdirən və ictimaiyyəti məlumatlandırma məqsədi daşıyan informasiya sistemi.
Birjadankənar əməliyyatlar
Birləşmə
OBASTAN VİKİ
Birləşdirilmiş Avropa Tokamakı
CET (JET; Birləşdirilmiş Avropa Tokamakı-ing. Joint Eurorean Torus) — tokamak tipli eksperimental qurğu. == Tarixi == Birlik ölkələri ilə Britaniyanın atom enerjisi üzrə idarəsinin laboratoriyasında (Kalem, Oksford yaxınlığında) qurulmuşdur. CET-də yüksəktemperaturlu plazma ilk dəfə 1983-cü ildə alınmışdır. == Təsviri == Qurğuda plazmanın həcmi 100 m³-ə qədərdir; cərəyan bir neçə meqaamperə çata bilir, plazmanın saxlanma müddəti bir neçə saniyədir. CET-də aparılmış sınaqlar deytron-tritron plazmasında termonüvə sintezinin həyata keçirilməsinin mümkünlüyünü (1991); maqnit sahəsinin gərginliyi 3,8 Tl, ionların temperaturu 30 keV, elektronların sıxlığı 5.1019 m³ olduqda termonüvə reaksiyasından maksimum enerji ayrılmasına (16 MVt; 1997) nail olmaq imkanını təsdiq etdi. Plazmanın CET-də alınmış parametrləri və onun saxlanma vaxtı (müddəti) idarəolunan termonüvə sintezinin praktiki həyata keçirilməsi üçün lazım olan qiymətə çatmışdır. 2006-cı ildə Kadaraş şəhərində (Fransa) ITER (Beynəlxalq termonüvə eksperimental reaktoru -ing. International Thermonuclear Experimental Reactor – ) tipli daha güclü termonüvə qurğusunun tikilməsi qərara alınmışdır.
Tiker
Tiker (ing. ticker symbol) və ya ehtiyat simvolu. Birjada spesifik ehtiyatların hesablanması üçün nəzərdə tutulub. Valyutaların kodu tikerin analoqu sayılır. Tiker Tomas Edison tərəfindən ixtira edilmişdir.
İnformasiya sistemi
İnformasiya sistemi — tətbiq sahəsinə aid informasiyanın toplanmasını, saxlanmasını, emalını və istifadəçilərə çatdırılmasını təmin edən texniki, proqram, linqvistik və metodoloji vasitələr kompleksidir.Bu xüsusiyyəti onun istismarını, analizini, mühafizəsini asanlaşdırır. İnformasiya sistemi əsas iki tələbatı ödəməlidir: tətbiq sahəsinin sərhədlərinin təyin olunması və informasiya modelinin tam əhatəli və dəqiq əks etdirilməsi. Bu halda birinci halda baxılan tətbiq sahəsi çərçivəsində informasiya sisteminin istifadəçiləri lazımi informasiyayla təmin edilməlidir. istifadəçilərin sorğularına tam və dəqiq cavab verə bilən informasiya sisteminin yaradılması. Bu halda isə sorğuların tipləri və növləri təhlil edilməli, sorğuların tələblərinə uyğun və əlverişli şəkildə verilənlər təşkil olunmalı və sorğulara cavab verilməlidir. Sorğular aydın və obyektiv olmalı, sorğulara cavablar isə hesabat və ya forma şəklində verilməlidir.
Lenti
Lenti (sloven. Lentiba) — Macarıstanın Zala medyesində, Avstriya, Slovakiya və Xorvatiyanın sərhədində yerləşən rayon.
Avtomatlaşdırılmış İnformasiya Sistemi
Avtomatlaşdırılmış informasiya sistemi (AİS) − verilənlərin və informasiyanın yaradılması, ötürülməsi, emalı, yayılması, saxlanması və/və ya idarə edilməsi və hesablamaların aparılması üçün nəzərdə tutulmuş proqram və aparat vasitələrinin çoxluğu. Avtomatlaşdırılmış informasiya sistemləri // Böyük İqtisadi Ensiklopediya (az.). I cild: ABCÇD. Bakı: "Şərq-Qərb" nəşriyyat evi. 2012. səh. 115.
Coğrafi informasiya sistemi
CİS və ya Coğrafi İnformasiya Sistemləri(GIS – Georaphical Information Systems) – dünya üzərindəki kompleks ictimai, iqtisadi, ekoloji və s. problemlərinin həllinə. Bunlar: a) Təchizat (hardware): CİS-in işləməsini mümkün edən kompüter və buna bağlı yan məhsulların bütünü təchizat olaraq adlandırılar. Bütün sistem içərisində ən əhəmiyyətli vasitə olaraq görünən kompüter yanında yan təchizatlara da ehtiyac vardır. Məsələn, yazıçı (printer), çəkici (plotter), skaner (scanner), ədədiləşdirici (digitizer), məlumat qeyd modulları (verilən collector) kimi cihazlar məlumat texnologiyası vasitələri olaraq CMS üçün əhəmiyyətli sayıla biləcək təchizatlardır. b) Proqram (software): Digər bir deyişlə kompüterdə qaça bilən proqram, coğrafik məlumatları depolamaq, analiz etmək və göstərmək kimi ehtiyac və funksiyaları istifadəçiyə təmin etmək üzrə, yüksək səviyyəli proqramlaşdırma dilləriylə reallaşdırılan alqoritmlərdir. Proqramların çox çoxunun ticari məqsədli firmalar tərəfindən inkişaf etdirilib çıxarılması yanında universitet və bənzəri araşdırma təşkilatların tərəfindən də təhsil və araşdırmaya istiqamətli inkişaf etdirilmiş proqramlar da mövcuddur. Dünyadakı CBS bazarının əhəmiyyətli bir qisimi proqram inkişaf etdirən firmaların əlindədir. Bu baxımdan indiki vaxtda CBS bu cür proqramlarla haradasa qaynaşmış vəziyyətdədir. Ən məşhur CİS proqramları olaraq ArcInfo, Intergraph, MapInfo, Netcad (Türkcə, Azərbaycan dili), Idrisi, Grass vs.
Ümumiləşdirilmiş taksonomik məlumat sistemi
ITIS-siz bioloji məqalələr
Georgi lenti
Georgi lenti — Rusiyanın imperiya simvollarından biri. 1769-cu ildə imperatriça II Yekaterina tərəfindən təsis olunub və Rusiya üçün qəhrəmancasına savaşan rus əsgərlərinə verilən mükafatlar onun üzərinə vurularaq, təqdim olunurdu. Həmin vaxtlardan başlayaraq, lentin standartı belədir: 3 qara, 2 narıncı xətt. Hazırda isə "Georgi lenti" Rusiyanın şovinist, "velikorus" və neofaşist gənclər təşkilatının, bir sıra siyasi partiyaların simvolu kimi istifadə olunur. Latviya hökuməti Georgi lentini 2014-cü ilin mayında qadağan etməyə təklif edib. Bundan əvvəl, Latviya ictimai tədbirlərdə Sovet rəmzlərinin istifadəsini qadağan etmişdi. Litvada da Latviyada kimi qadağa müzakirə olunurdu.
Maqnit lenti
Maqnit lenti - tape ~ магнитная лента ~ manyetik bant – üzərinə verilənlərin yazıldığı maqnit materialla örtülmüş nazik maylar zolaq. Lentdən istifadə etmək üçün verilənlərin saxlanması qurğusu iki dolama (sarğı) çarxına və oxuma-yazma başcığına malik olmalıdır. Lent kəsilməz informasiya daşıyıcısı olduğundan, başcıq isə dərhal lazım olan yerə “adlaya” bilmədiyindən, lentdən oxuma, yaxud lentə yazma diskdə olduğu kimi ixtiyari deyil, ardıcıl aparılmalıdır. Maqnit lent kartrici - tape cartridge ~ кассета магнитной ленты ~ bant kartuşu ~ müəyyən dərəcədə audiokassetə bənzəyən və içərisində maqnit lenti olan modul. Qabaqlar maqnit lent kartriclərindən sərt disklərdə saxlanılan informasiyanın üzünü çıxarmaq üçün istifadə edilirdi. 1952-ci ildə “IBM System 701” kompüterlərində informasiyanın saxlanması, yazılması və əldə olunması üçün maqnit lentlərindən istifadə olunmuşdur. Bu lentlər daha sonra geniş yayılmış və kompakt-kasetlər formasında istifadə olunmağa başlamışdır. Maqnit lent qurğusu – tape drive ~ накопитель на магнитной ленте ~ teyp sürücü ~ maqnit lentində oxuma-yazma əməliyyatına yerinə yetirmək üçün lenti hərəkət etdirən qurğu. Tar file – UNIX əməliyyat sistemində: tar (“tape archive” – “lent arxivi”) proqramı vasitəsilə bir faylda birləşdirilmiş fayllar toplusu. (Hazırda tar fayllar lentdə deyil, demək olar ki, həmişə diskdə saxlanılır.) tar faylı açmaq, yəni ona toplanmış faylları çıxartmaq üçün aşağıdakı komandadan istifadə olunur: % tar –xvf filename.tar ZIP fayllardan fərqli olaraq, tar sıxılmış fayl deyil; belə ki, tar fayllar çox zaman başqa utulit (compress) vasitəsilə sıxılmış olur.
Möbius lenti
Möbius lenti — bir lentin bir ucunu 180 dərəcə çevirərək digər ucu ilə birləşdirməklə yaranan səthdir. Bu həndəsi fiqurun adi lentdən fərqli olaraq bir üzü (Evklid fəzasında yerləşdirildikdə) və bir sərhədi var. İlk dəfə 1861-ci ildə Yohan Benedikt Listinq tərəfindən kəşf edilmiş, dörd il sonra Avqust Ferdinand Möbius tərəfindən tərifi verilmişdir. Möbius lentinin bir nümunəsi bir kağız lentin bir ucunu tərs çevirib digər ucuna şəkildəki kimi dövrə yaradacaq şəkildə yapışdırmaqla yaradıla bilər. Möbius lentinin bir sıra maraqlı xüsusiyyətləri var. Tikiş nöqtəsindən(şərti olaraq ucların birləşdiyi yer) başlayaraq ortaya doğru çəkilən xətt yenidən gəlib tikiş nöqtəsinə çıxır, lakin digər üzdə. Davam etdikdə, xətt başlanğıc nöqtəyə birləşir və ilkin lentin iki qatı uzunluğunda olur. Bu vahid kəsilməz əyri Möbius lentinin yalnız bir sərhədi olduğunu göstərir. Möbius lentini orta xətti boyunca kəsdikdə iki lent deyil, iki qıvrımı olan uzun bir lent alınır və alınan fiqur Möbius lenti deyil. Bu ona görə baş verir ki, Möbius lentinin ilkin lentin iki qatı uzunluğunda olan bir kənarı var.
Məlumat
İnformasiya (ing. information, rus. информация, türk. bilgi) — verilənlərdə insanların gördüyü mahiyyət, qiymət. Adətən, verilənlər faktlardan ibarət olur ki, onlar da müəyyən konteksdə informasiyaya çevrilir və insanlara aydın olur. Kompüterlər verilənlərin mahiyyətini anlamadan onları emal edir. Çox zaman "verilən" və "informasiya" terminləri sinonim kimi işlənsə də, onlar arasında müəyyən fərq var. Verilənlər (data) hər hansı məlumatlardır və onların mənasının olub-olmamasının elə bir önəmi yoxdur. Məsələn, kompüterdə '19091985' və ya 'VD51FGD' simvollar sətri verilənlərdir. İnformasiya isə mənası olan verilənlərdir.
Könüllü lenti (İsrail)
Könüllü lenti Birinci Dünya Müharibəsi və İkinci Dünya Müharibəsi veteranlarına verilən müəyyən statusu bildir İsrail hərbi lent bəzəyidir. Lent aşağıda qeyd olunan insanlara verilir: Birinci Dünya Müharibəsi illərində Birinci Dünya Müharibəsi Batalyonunda könüllü olanların hamısı. İsrail vətəndaşı və ya İsrailin daimi sakini olan və ya Fələstində daimi iqamətgahı zamanı Birinci Dünya Müharibəsi zamanı könüllü olaraq Türk ordusunda Yişuvların (milli yəhudi qurumlarının) ehtiyaclarına uyğun olaraq xidmət etmək üçün könüllü olanlar. 8/11/1944-dən əvvəl II. İkinci Dünya Müharibəsi zamanı Britaniya ordusuna könüllü gələn İsrail vətəndaşları və ya İsrailin daimi sakinləri. Əgər onlar 8/11/1944 tarixində və ya ondan sonra könüllü olmuşlarsa, onlardan ardıcıl altı ay və ya daha çox xidmət göstərmələri tələb olunur. İkinci Dünya Müharibəsi zamanı könüllü olan vətəndaşlar nişan üçün Nasist Döyüşçüsü lentini almaq hüququna malikdirlər. Bu mükafatı alan şəxs vəfat edibsə, ailə üzvü (həyat yoldaşı, oğlu, qızı, ata, ana, qardaş, bacı, nəvə, nəvə) lent tələb etmək üçün müraciət etmək hüququna malikdir və ya itmə və ya köhnəlmə halında lentin ekvivalentini. Lent - Lentin orta zolağında hər tərəfdə qırmızı, narıncı və yaşıl zolaqlar olan İsrail bayrağı göstərilir.
İnformasiya
İnformasiya (ing. information, rus. информация, türk. bilgi) — verilənlərdə insanların gördüyü mahiyyət, qiymət. Adətən, verilənlər faktlardan ibarət olur ki, onlar da müəyyən konteksdə informasiyaya çevrilir və insanlara aydın olur. Kompüterlər verilənlərin mahiyyətini anlamadan onları emal edir. Çox zaman "verilən" və "informasiya" terminləri sinonim kimi işlənsə də, onlar arasında müəyyən fərq var. Verilənlər (data) hər hansı məlumatlardır və onların mənasının olub-olmamasının elə bir önəmi yoxdur. Məsələn, kompüterdə '19091985' və ya 'VD51FGD' simvollar sətri verilənlərdir. İnformasiya isə mənası olan verilənlərdir.
Coğrafi adların informasiya sistemi (ABŞ)
Coğrafi adların informasiya sistemi (ing. Geographic Names Information System, GNIS) — Amerika Birləşmiş Ştatları və ətrafında iki milyondan çox fiziki və mədəni xüsusiyyətin adlarını və yerlərini özündə əks etdirən verilənlər bazası. Coğrafi məlumatları təmsil edir. GNIS, ABŞ Geoloji Xidməti tərəfindən ABŞ Coğrafi Adlar Şurası ilə birlikdə obyektlərin adlanmasını standartlaşdırmaq üçün hazırlanmışdır. Verilənlər bazası topoqrafik xəritələrdəki adları və biblioqrafik istinadları özündə birləşdirən sistemin bir hissəsidir. Kitabın adlarını və tarixi xəritələri ehtiva edir, obyektin əvvəllər müəyyən bir ad aldığını təsdiqləyir. Rəsmi federal adlara alternativ olaraq digər adlar da daxil edilir. Bu verilənlər bazasından qeydlər aşkar dublikatlar istisna olmaqla heç vaxt silinmir. U.S. Department of the Interior, U.S. Geological Survey, National Mapping Division, Digital Gazeteer: Users Manual, (Reston, Virginia: U.S. Geological Survey, 1994). Least Heat-Moon, William, Blue Highways: A Journey Into America, (Boston: Little Brown and Company, 1982).
Milli Kitabxana və İnformasiya Sistemi
Trinidad və Tobaqonun Milli Kitabxanası və İnformasiya Sistemi (NALIS kimi tanınır) Trinidad və Tobaqoda kitabxana və informasiya xidmətlərinin inkişafı və əlaqələndirilməsini idarə etmək üçün 1998-ci il 18 saylı NALIS Qanunu ilə yaradılmış korporativ orqandır. Rabitə Nazirliyi yanında qanuni orqan kimi NALIS təşkilatın funksiyalarının lazımi və səmərəli icrasını təmin edən şura tərəfindən idarə olunur. NALIS-a icraçı direktor müavini və onun müxtəlif bölmələrinin direktorları kömək edən icraçı direktor rəhbərlik edir. NALIS İrs Kitabxanasında (Milli Kitabxana Binasında, Port-of-Spain-də yerləşir), 23 ictimai kitabxanada, 4 səyyar kitabxanada, 66 xüsusi kitabxanada, 133 orta və 483 ibtidai məktəb kitabxanasında, 25 ECCE mərkəzində kitabxana və informasiya xidmətləri göstərir. Kitabxana xidmətləri həmçinin www.nalis.gov.tt ünvanındakı veb-saytı və sosial media saytları: blog, Facebook, Twitter və YouTube vasitəsilə də təqdim olunur. İspaniya Portunun Hart və Aberkrombi küçələrində yerləşən Trinidad və Tobaqo Milli Kitabxanası Trinidad və Tobaqoda NALIS kitabxanalarının və məlumat xidmət mərkəzlərinin inzibati yeri və mərkəzidir. İctimai Kitabxana Xidməti 1851-ci ildə İspaniyanın Portunda başladı, 1919-cu ildə San Fernandoda Karnegi Pulsuz Kitabxanası yaradıldı və 1949-cu ildə Təhsil Nazirliyində Mərkəzi Kitabxana Xidməti təqdim edildi.] Bu üç təşkilat 1998-ci ilə qədər Trinidad və Tobaqoda kitabxana xidmətlərinin idarə edilməsinə cavabdeh idi. 18 sentyabr 1998-ci ildə Trinidad və Tobaqo Hökuməti bu üç ayrı qurumu tənzimləyən Aktları ləğv etdi və Milli Kitabxana və İnformasiya Sistemi İdarəsini (NALIS) təsis etdi. 1998-ci il tarixli NALIS Qanununa əsasən qanuni orqan kimi: "Trinidad və Tobaqoda bütün kitabxana və informasiya xidmətlərinin inkişafı və əlaqələndirilməsini təmin etmək üçün Milli Kitabxana və İnformasiya Sisteminin yaradılması haqqında Akt və əlaqədar məsələlər." Bu Qanun dövlət sektorunda olan bütün kitabxanaların, yəni ictimai, xüsusi və məktəb kitabxanalarının idarəsini və rəhbərliyini müstəqil Şura - NALIS Authority altında birləşdirdi. Üç (3) mövcud İctimai Kitabxana (Trinidad İctimai Kitabxanası, Karnegi Azad Kitabxanası və Trinidad və Tobaqo Mərkəzi Kitabxanası) və onların bina və fond ehtiyatları yeni Səlahiyyətə verildi.
Məlumat (qəzet)
"Məlumat qəzeti" — 1911-ci ildə Orucov qardaşları tərəfindən nəşr olunurdu. Qəzetin müdiri Hacı İbrahim Qasımov, baş mühərriri isə Mehdi bəy Hacınski idi. Bu qəzet də tezliklə hökumət tərəfindən bağlanır. Yazıçıların əksər hissəsi qəzet və məcmuə səhifələrində dərc olunan yazılar üçün qonorar almaq hüququndan məhrum edilmişdilər. Şair Məhəmməd Hadi Azərbaycan qəzet və jurnal səhifələrində dərc edilən şerləri üçün bir qəpik də almazdı. Böyük ehtiyac içində boğulan şair buna görə şeirlərini ayrı-ayrı vərəqələr şəklində çap etdirərək onları küçə və meydanlarda özü satmağa məcbur olurdu.
Məlumat (İnformatika)
Məlumat (ing. message (= MSG), ru.сообщение) — 1. Rabitə sahəsində: elektron rabitə vasitəsilə bir qurğudan başqasına ötürülən verilən elementi. Baxış nöqtəsindən asılı olaraq "məlumat" termininin dəqiq anlamı bir qədər dəyişir. Məsələn, elektron poçtdan istifadə edən şəxs üçün məlumat, başqa bir şəxsdən gəlmiş və öz elektron poçt qutusuna qəbul olunmuş müəyyən blank (KİMƏ, KİMDƏN, MÖVZU, TARİX) şəklində olan məktubdur. Kompüter və ya kommunikasiya şəbəkəsi üçün məlumat, çox zaman strukturlaşdırılmış və müəyyən qaydalara (protokollara) uyğun olaraq ötürülən, verici və qəbuledici qurğular tərəfindən dəstəklənən informasiya blokudur. Belə məlumat bir və ya bir neçə mətn blokundan, başlıqları (alanın ünvanı, məlumatın tipi və s.) ötürən proqram tərəfindən generasiya olunan başlanğıc (START), son (END) və idarəetmə simvollarından, eləcə də rabitə prosesini və xətaların aşkarlanmasını sinxronlaşdıran informasiyadan ibarət olur. Məlumat bilavasitə göndərəndən alana fiziki rabitə vasitəsilə göndərilə və onu bir aralıq stansiyadan başqasına yönəldən stansiyalar sistemi vasitəsilə tam və ya hissə-hissə ötürülə bilər. Xoşbəxtlikdən, mürəkkəb ötürmə əməliyyatlarının çoxunu aparat və proqram vasitələri öz üzərlərinə götürür. 2.
Məlumat azadlığı
Məlumat azadlığı və ya İnformasiya azadlığı — fərdin məlumatı dərc etmək və istehlak etmək azadlığı. Məlumat əldə etmək fərdin məlumatı səmərəli şəkildə axtarmaq, qəbul etmək və ötürmək qabiliyyətidir. Bura bəzən "elmi, yerli və ənənəvi biliklər; məlumat azadlığı, açıq internet və açıq standartlar daxil olmaqla, açıq bilik resurslarının yaradılması, məlumatların açıq əldə edilməsi və əlçatanlığı; rəqəmsal irsin qorunması; mədəni və dil müxtəlifliyinə hörmət, məsələn, əlçatan dillərdə yerli məzmuna çıxışı təşviq etmək, hamı üçün ömür boyu və elektron keyfiyyətli təhsil; əlillər tərəfindən bacarıq, təhsil, cins, yaş, irq, etnik mənsubiyyət və əlçatanlığa əsaslanan bərabərsizliklərin aradan qaldırılması da daxil olmaqla, yeni media və informasiya savadlılığının və bacarıqlarının yayılması və onlayn sosial inklüzivlik; mobil rabitə, internet və genişzolaqlı infrastruktur da daxil olmaqla əlaqə və əlverişli İKT-nin inkişafı" aiddir. İnformasiyanın açıq nəşri və formal informasiya azadlığı qanunları da daxil olmaqla, hökumət məlumatlarına ictimai çıxış geniş şəkildə hökumətdə demokratiyanın və dürüstlüyün mühüm əsas komponenti hesab olunur. Maykl Baklend məlumat əldə etmək üçün aradan qaldırılmalı olan altı növ maneəni müəyyən edib: mənbənin identifikasiyası, mənbənin mövcudluğu, istifadəçinin qiyməti, provayderin dəyəri, koqnitiv giriş və məqbulluq. "İnformasiya əldə etmək", "məlumat əldə etmək hüququ", "bilmək hüququ" və "məlumat azadlığı" bəzən sinonim kimi istifadə edilsə də, müxtəlif terminologiyalar məsələnin xüsusi (əlaqəli olsa da) ölçülərini vurğulayır. Məlumat azadlığı şifahi, yazılı, çap, elektron və ya bədii formalar vasitəsilə istənilən mühitə tətbiq edilə bilən ifadə azadlığı ilə bağlıdır. Bu o deməkdir ki, söz azadlığının hüquq kimi müdafiəsi təkcə məzmunu deyil, həm də ifadə vasitələrini əhatə edir. Məlumat azadlığı internet və informasiya texnologiyalarının məzmununda bəzən məxfilik hüququ ilə ziddiyyət təşkil edən ayrıca anlayışdır. İfadə azadlığı hüququ kimi, şəxsi toxunulmazlıq hüququ da qəbul edilən insan hüququdur və məlumat azadlığı bu hüququn genişləndirilməsi kimi çıxış edir.
Məlumat bazası
Verilənlər bazası (VB), həmçinin məlumat bazası (MB) və ya databaza (ing. database, DB) — verilənlər bazası idarəetmə sistemindən istifadə etməklə elektron şəkildə saxlanılan və əldə edilən verilənlərin mütəşəkkil toplanması. Kiçik verilənlər bazaları fayl sistemində saxlanılılır, lakin böyük verilənlər bazaları kompüter klasterlərində və ya bulud yaddaşında yerləşdirilir. Verilənlər bazalarının dizaynı formal texnikaları və praktiki mülahizələri əhatə edir. Bura verilənlərin modelləşdirilməsi, məlumatların səmərəli təqdim edilməsi və saxlanması, sorğu dilləri, həssas məlumatların təhlükəsizliyi və məxfiliyi, həmçinin paylanmış hesablama məsələləri daxildir. Verilənlər bazası idarəetmə sistemi (DBMS) məlumatları özündə saxlamaq və təhlil etmək üçün son istifadəçilər, proqramlar və verilənlər bazası ilə qarşılıqlı əlaqədə olan proqramdır. DBMS proqramı əlavə olaraq verilənlər bazasını idarə etmək üçün nəzərdə tutulmuş əsas imkanları əhatə edir. Verilənlər bazası DBMS və əlaqəli proqramların hamısını ümumilikdə verilənlər bazası sistemi adlandırmaq olar. Çox vaxt "verilənlər bazası" termini hər hansı DBMS, verilənlər bazası sistemi və ya verilənlər bazası ilə əlaqəli proqrama aid edilir. İnformatiklər verilənlər bazası idarəetmə sistemlərini dəstəklədikləri verilənlər bazası modellərinə görə təsnif edirlər.
Məlumat kommutasiyası
Məlumat kommutasiyası(ing.message switching, ru.коммутация сообщений)- bəzi hesablama şəbəkələrində məlumatın adresata bir və ya bir neçə aralıq stansiyadan keçməklə yönəldilməsinə əsaslanan metodika. Belə şəbəkədə mərkəzi kompüter məlumat alır, onları (adətən, qısamüddətli) saxlayır, adresatı müəyyənləşdirir və sonra göndərir. Məlumat kommutasiyası şəbəkəyə informasiya axınını təmizləməyə və rabitə xətlərindən səmərəli istifadə etməyə imkan verir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Məlumat təhlükəsizliyi
Məlumat təhlükəsizliyi (ing. Data security), verilənlər bazasında olanlar kimi rəqəmsal məlumatları dağıdıcı qüvvələrdən və icazəsiz istifadəçilərin, məsələn kiberhücum və ya məlumatların pozulması kimi arzuolunmaz hərəkətlərdən qorumaq deməkdir. Disk şifrələməsi, sərt diskdə məlumatları şifrələyən şifrələmə texnologiyasına aiddir. Disk şifrələməsi, adətən hər iki proqramda və ya aparatda meydana gəlir. Disk şifrələməsi çox vaxt uçuşda şifrələmə (OTFE) və ya şəffaf şifrələmə adlanır. Proqram təminatına əsaslanan təhlükəsizlik həlləri məlumatı oğurluqdan qorumaq üçün şifrələyir. Bununla birlikdə, zərərli bir proqram və ya bir hacker, məlumatı unudulmaz hala gətirmək üçün sistemi korlaya bilər. Tətbiqə əsaslanan təhlükəsizlik həlləri, məlumatların oxunmasına və yazılmasının qarşısını alır, buna görə dəyişdirilmədən və icazəsiz girişdən çox güclü qorunma təklif edir. Yedəklənmiş məlumatların başqa bir mənbədən alınacağını təmin etmək üçün istifadə olunur. Bir çox sənayedə hər hansı bir məlumatın ehtiyat nüsxəsini saxlamaq vacib hesab olunur və istifadəçi üçün vacib olan hər hansı bir fayl üçün bu proses tövsiyə olunur.
Rəqəmsal məlumat
Rəqəmsal məlumat — Mikroprosessor sistemi rəqəmsal kodları ardıcıllıqla təmsil edən rəqəmsal informasiya ilə işləyir.Hər hansı bir mikroprosessor sisteminin əsasında 0 və 1-dən ibarət yalnız ikili say sistemində ədədləri ayırd edə bilən bir mikroprosessor durur. İkili say sistemində ədədlər ikili saylı rəqəmlərlə yazılır. Məsələn, gündəlik həyatda, biz onluq sistemdən istifadə edirik, hansında ki, ədədləri yazmaq üçün on simvol və ya rəqəm - 0,1, 2, 3, 4, 5, 6, 7, 8, 9 olan bir sistemdir. Uyğun olaraq , ikili sistemdə belə simvolların (və ya rəqəmlərin) sayı yalnız ikidir - 0 və 1. Başa düşmək lazımdır ki, say sistemi - yalnız ədədlərin yazılması qaydalarıdır və sistemin növünün seçilməsi onun istifadə üçün rahatlığı ilə müəyyən edilir. İkili sistemin seçimi onun sadəliyi, və uyğun olaraq rəqəmsal cihazların işləməsinin etibarlılığı və onların texniki tətbiqinin asanlığı deməkdir. Rəqəmsal informasiyanın ölçü vahidlərini nəzərdən keçirək: Bit (ingiliscə "Binary digiT" - ikili ədəd) yalnız iki dəyər alır: 0 və ya 1. Bununla "hə" və ya "yox", "qoşulu" və ya "söndürülmüş", "açıq" və ya "qapalı" və s.vəziyyətlərini kodlaşdırmaq olar. Səkkiz bit qrupu bir bayt adlanır, məsələn 10010111. Bir bayt 256 dəyər verə bilər: 00000000 - 0, 11111111 - 255.
Ümumi məlumat
Ümumi məlumat ya da Ümumi bilik Müxtəlif vasitələrlə zamanla toplanan məlumatlardır. Tədqiqatlar müəyyən edib ki, müəyyən bir sahədə yüksək biliklərə malik olan insanlar bir çox sahədə məlumatlı olurlar. Həmçinin, ümumi biliyin uzunmüddətli semantik yaddaş qabiliyyəti ilə dəstəkləndiyi düşünülür.
Məxfi məlumat
Dövlət sirri — Dövlət orqanının məxfiliyinin , bütövlüyünün və ya mövcudluğunun qorunmasını tələb edən həssas məlumatdır. Bu cür məlumatlara giriş qanun və ya qaydalarla məhdudlaşdırılır və yalnız icazəsi və səlahiyyəti olan şəxslər tərəfindən əldə edilə bilər. Dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlardır; Dövlət sirri təşkil edən məlumatların daşıyıcıları—dövlət sirri təşkil edən məlumatların rəmzlər, obrazlar, siqnallar, texniki qərarlar və proseslər şəklində əks olunduğu maddi obyektlər, o cümlədən fiziki sahələrdir; Dövlət sirrinin mühafizəsi sistemi—dövlət sirrini mühafizə orqanlarının, dövlət sirri təşkil edən məlumatların və həmin məlumatların daşıyıcılarının mühafizəsi üçün bu orqanların istifadə etdikləri vasitə və metodların, habelə bu məqsədlə həyata keçirilən tədbirlərin məcmusudur;.. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, başqa silahlı birləşmələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər qoşunlarının strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsinə dair əməliyyatların hazırlanması və keçirilməsi üzrə strateji və əməliyyat planlarının, döyüşü idarəetməyə dair sənədlərinin məzmunu, onların döyüş və səfərbərlik hazırlığı, səfərbərlik ehtiyatlarının yaradılması və istifadəsi haqqında; Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış digər silahlı birləşmələrinin quruculuq planları, silahların və hərbi texnikanın inkişafının istiqamətləri, silah və hərbi texnika nümunələrinin yaradılması və modernləşdirilməsi üzrə məqsədli proqramların, elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin məzmunu və yerinə yetirilməsinin nəticələri haqqında; Silah və hərbi texnika nümunələrinin taktiki-texniki xarakteristikaları və döyüşdə tətbiqi imkanları, hərbi təyinatlı yeni növ maddələrin xüsusiyyətləri, resepturaları və ya texnologiyaları haqqında; Milli təhlükəsizlik və müdafiə mülahizələrinə görə xüsusi əhəmiyyət kəsb edən obyektlərin dislokasiyası, təyinatı, hazırlıq və müdafiə olunma dərəcəsi, tikintisi və istismarı, habelə bu obyektlər üçün torpaq, yer təki və akvatoriyalar ayrılması haqqında; Qoşunların dislokasiyası, həqiqi adları, təşkilati strukturu, şəxsi heyətinin sayı və onların döyüş təminatı haqqında, həmçinin hərbi-siyasi və ya əməliyyat şəraiti haqqında; Azərbaycan Respublikası ərazisinin müdafiə və mühüm iqtisadi əhəmiyyətli geodeziya məntəqələrinin və coğrafi obyektlərinin koordinatları haqqında.
Məlumat savadlılığı
Məlumat savadlılığı və ya informasiya savadlılığı — Kollec və Tədqiqat Kitabxanaları Assosiasiyasının tərifinə görə, "informasiyanın əks etdirici kəşfini, məlumatın necə istehsal edildiyini və qiymətləndirildiyini başa düşməyi və yeni biliklərin yaradılmasında məlumatdan istifadəni və öyrənmə icmalarında etik cəhətdən iştirak etməyi əhatə edən inteqrasiya edilmiş bacarıqlar toplusu". Birləşmiş Krallıqda Kitabxana və İnformasiya Peşəkarlarının İmtiyazlı İnstitutunun bu termin üçün hazırladığı tərifdə həm "nə vaxt", həm də "niyə" məlumatının lazım olduğunu bilməyə istinad edilir. 1989-cu ildə Amerika Kitabxanalar Assosiasiyasının (AKA) Məlumat Savadlılığı üzrə Prezident Komitəsi məlumat savadlılığını bir insanın atributları kimi müəyyən etmişdir. Burada qeyd edilmişdir ki, "məlumat savadlılığı üçün insan məlumatın nə vaxt lazım olduğunu anlaya bilməli və lazım olan məlumatları tapmaq, qiymətləndirmək və səmərəli istifadə etməyi bacarmalıdır". 1990-cı ildə akademik Lori Erp "Məlumat savadlılığı təlimatı ilə biblioqrafik təlimat eynidirmi?" sualı ilə məqalə dərc etdirmişdir. Erp iddia etmişdir ki, heç bir termin bu sahədə nəzəriyyəçilər və ya praktiklər tərəfindən xüsusilə yaxşı müəyyən edilməmişdir. Onun fikrinə görə, qarışıqlığı azaltmaq və sualın parametrlərini ifadə etməyə davam etmək üçün əlavə tədqiqatlara ehtiyac var. 2005-ci il İsgəndəriyyə Bəyannaməsində bu termin insan hüquqları məsələsi kimi müəyyən edilmişdir: "İnformasiya savadlılığı həyatın bütün təbəqələrində olan insanlara şəxsi, sosial, peşə və təhsil məqsədlərinə çatmaq üçün məlumatı səmərəli şəkildə axtarmaq, qiymətləndirmək, istifadə etmək və yaratmaq səlahiyyətini verir. Bu, rəqəmsal dünyada təməl insan hüququdur və bütün xalqlarda sosial inklüzivliyi təşviq edir". Amerika Birləşmiş Ştatlarının Məlumat Savadlılığı üzrə Milli Forumu məlumat savadlılığını "məlumata ehtiyac olduqda bunu bilmək, müəyyən etmək, tapmaq, qiymətləndirmək və mövcud məsələ və ya problem üçün bu məlumatdan səmərəli istifadə etmək bacarığı" kimi müəyyən etmişdir.